Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin artıb - BBN

Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin artıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları 2026-cı ilin ilk altı ayını 560 min manat xalis zərərlə başa vurub.

BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 dəfə çoxdur.

Hesabat dövründə kredit ittifaqlarının ümumi gəlirləri 1,12 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 7,4 faiz azdır. Xərclər 0,64 milyon manata enərək 7,25 faiz azalıb. Xüsusi ehtiyatlara ayrılan vəsait isə 1,03 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,6 faiz azalma deməkdir.

2026-cı il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 11,9 milyon manat təşkil edib. Bu göstərici bir il əvvəllə müqayisədə 6,3 faiz azdır. Aktivlərin 10,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşüb. Son bir ildə sektorun kredit portfeli 7,3 faiz kiçilib.

Mərkəzi Bankın məlumatına əsasən, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,85 faiz azalaraq 2,5 milyon manata düşüb. Balans kapitalı 6,9 faiz azalaraq 9,4 milyon manat, nizamnamə kapitalı isə 6,95 faiz azalaraq 6,7 milyon manat təşkil edib.

Related posts

Azərbaycanda problemli kreditlərin həcmi 719 milyon manatı keçib

Azərbaycan bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşıb

İKZF xətti ilə verilən ipoteka kreditlərinin həcmi 226 milyon manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı