Home » Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 15 milyard 59 milyon 992 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 845 milyon 225 min ABŞ dolları (5,9%) çoxdur. 

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 2 milyard 318 milyon 317 min ABŞ dolları dəyərində olub.

Bu isə 2024-cü ilin ilk 10 ayına nisbətdə 9 milyon 545 min dollar və ya 0,4% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 14,2 milyard ABŞ dolları, idxalının dəyəri isə 2,3 milyard ABŞ dollarına bərabər olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.