
2025-ci ildə Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 16 milyard 994 milyon 6 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü illə müqayisədə 132 milyon 346 min ABŞ dolları (0,8%) çoxdur.
BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 2 milyard 825 milyon 727 min ABŞ dolları dəyərində olub.
Bu isə 2024-cü ilə nisbətdə 45 milyon 104 min dollar və ya 1,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 16,8 milyard ABŞ dolları, idxalının dəyəri isə 2,8 milyard ABŞ dollarına bərabər olub.





