Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın bank sektorunun xalis mənfəəti 19%, aktivləri isə 7% artıb - BBN

Azərbaycanın bank sektorunun xalis mənfəəti 19%, aktivləri isə 7% artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 519,7 milyon manat xalis mənfəət əldə edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9% çoxdur.

Yanvar-may ayları ərzində bankların əməliyyat gəlirləri 2 300,9 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 23,3% çox), əməliyyat xərcləri 1 542,9 milyon manat (29% çox), xüsusi ehtiyatlara ayırmaları 133,1 milyon manat (4,1% çox), digər gəlirləri 2,3 milyon manat (5,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 107,4 milyon manat (1,2% çox) təşkil edib.

Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 147,5 milyon manat təşkil edib. Bu, ötən il iyunun 1-i ilə müqayisədə 7% çoxdur.

Related posts

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib

ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı