Home » Azərbaycanın energetika naziri Vyanada Kadri Simson və Patrik Puyane ilə görüşüb

Azərbaycanın energetika naziri Vyanada Kadri Simson və Patrik Puyane ilə görüşüb

by Aytac
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Vyana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson və “Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşləri olub.

Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə “Azərbayan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun icrası, həmçinin enerji təhlükəsizliyi və enerji keçidinin uğurla həyata keçirilməsi məqsədilə müxtəlif bazar iştirakçılarının təmsil olunduğu enerji dialoqu platforması üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin Avropa ərazisində boru kəmərləri infrastrukturunun qurulması istiqamətində cari vəziyyət nəzərdən keçirilib və proseslərin sürətləndirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi bildirilib.

“Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşdə isə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi, ümumi gücü 500 MVt olan günəş və külək layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanın “yaşıl enerji” kursunun həyata keçirilməsində “Total Energies” ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu aspektdə, 250 MVt gücündə külək, Naxçıvanda 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsinin “yaşıl enerji” əməkdaşlığına töhfə verəcəyi qeyd edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.