0

Bu ilin yanvar ayında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 5 milyon 148 min dollar və ya 19,4% artıb.
BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Gürcüstana qeyri-neft ixracının dəyəri 31 milyon 617 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 26 milyon 469 min dollar olub.
Qeyd edək ki, ilk ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 268 milyon 389 min dollara bərabər olub.





