0

Bu ilin yanvar ayında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsinin dəyəri 4 milyon 203 min ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,3 % azdır.
Hesabat dövründə İsraillə ticarət ümumi dövriyyənin 0,1 %-i qədər olub.
Ay ərzində İsrailə ixrac ümumi ixracın 0,1 %-ni, İsraildən idxal isə ümumi idxalın 0,2 %-ni təşkil edib.




