Home » Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyası üzrə indikativ planlaşdırma davam edir

Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyası üzrə indikativ planlaşdırma davam edir

by anar
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlikləri, Dövlət İmtahan Mərkəzinin nümayəndələri ilə görüşlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi ilə dayanıqlı və rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsi, “Abşeron vadisi” çərçivəsində aqrotex texnologiyası üzrə ixtisaslaşmış innovasiya mərkəzinin yaradılması, habelə kənd təsərrüfatı torpaqlarının süni intellekt tətbiq edilməklə idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri ilə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi, tranzit potensialının reallaşdırılması və ticarət-logistika sahəsinin inkişaf etdirilməsi müzakirə edilib.

Dövlət İmtahan Mərkəzi ilə dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması, o cümlədən dövlət qulluğunda sertifikasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar diqqət tələb edən tədbirlərin icrası istiqamətində məsələlər nəzərdən keçirilib.

Görüşlərin yekununda Strategiyada müəyyən olunmuş hədəflərə uyğun müvafiq nəticə indikatorlarının formalaşdırılması ilə əlaqədar qurumlara tövsiyələr verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.