1

Cari ilin əvvəlindən etibarən Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard dollara yüksəlib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 70,7 dollar, təbii qazın isə min kubmetri üçün qiymət 301 dollar təşkil edib.







