Home » Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

by Aytac
0 comments 0 views 1 minutes read

Azərbaycan Turizm Bürosu Türkiyənin İstanbul şəhərində 29-cu Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (EMITT 2026) iştirak edir.

Dövlət Turizm Agentliyinin məlumatına görə, milli stendə 11 yerli turizm sənayesi nümayəndəsi və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur.

“Experience Azerbaijan” stendində təşkil edilən B2B və B2C formatlı görüşlər çərçivəsində ölkəmizin turizm imkanları, mədəni və təbii irsi, həmçinin qastroturizm, dağ-xizək mərkəzləri, şərabçılıq və sağlamlıq turizmi də daxil olmaqla müxtəlif turizm məhsulları barədə ətraflı məlumat verilir.

Sərgidə dünyanın 109 ölkəsindən 660 turoperator təmsil olunur.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 36 536 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 16 faiz artım deməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.