Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın uşaq futbol komandası "Real Madrid Foundation World Challenge" turnirində iştirak edəcək - BBN

Azərbaycanın uşaq futbol komandası “Real Madrid Foundation World Challenge” turnirində iştirak edəcək

25 – 28 mart 2024-cü ildə İspaniyanın Madrid şəhərində “Real Madrid Foundation World Challenge” turniri keçiriləcək. Burada 16 ölkədən uşaq futbol komandaları yarışacaq. ABB-nin baş sponsorluğu ilə turnirdə ilk dəfə Azərbaycan komandası da təmsil olunacaq. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçiriləcək.

Turnirə qatılacaq bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış “Real Madrid Foundation Clinic” proqramı əsasında seçilib. 2023-cü ilin avqustunda bu proqram ölkəmizdə də reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb.

“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2024-ci ilin 24-28 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə tutulur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif!

Hesablama Palatasının səlahiyyətləri genişləndirilir

PAŞA Bank-ın səhmdarı olmaq artıq hər kəs üçün mümkündür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı