Home » Azərbaycanın valyuta ehtiyatları dövlət borcundan 16 dəfə çoxdur

Azərbaycanın valyuta ehtiyatları dövlət borcundan 16 dəfə çoxdur

by yunus
0 comments 3 views 0 minutes read

Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard ABŞ dollarına çatıb.

BBN.az xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov II Azərbaycan Halal Biznes Forumunda (AZHAB) keçirilən panel müzakirəsində məlumat verib.

Onun sözlərinə görə, ölkənin xarici dövlət borcu təxminən 5 milyard dollar təşkil edir:

“Buna görə də valyuta ehtiyatlarımız dövlət borcumuzdan 16 dəfə çoxdur”, – deyə nazir müavini bildirib.

Kərimov həmçinin qeyd edib ki, Azərbaycanın maliyyə sabitliyi üç aparıcı beynəlxalq reytinq agentliyi – Moody’s, Fitch və S&P tərəfindən yüksək qiymətləndirilib və ölkənin kredit proqnozu “müsbət” və “stabil” səviyyəsinə yüksəldilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.