Home » Azərbaycanın xam neft ixracı 11 ayda 22,1 milyon tonu ötüb

Azərbaycanın xam neft ixracı 11 ayda 22,1 milyon tonu ötüb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar–noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycandan bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının ixracı 22 milyon 132 min 445,56 ton təşkil edib.

Məlumata görə, hesabat dövründə ixrac edilən xam neftin ümumi dəyəri 11 milyard 514 milyon 966,53 min ABŞ dollarına bərabər olub.

İxrac olunan xam neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % artsa da, dəyər ifadəsində 13,4 % azalma qeydə alınıb. Bu isə dünya enerji bazarlarında qiymətlərin dəyişməsi ilə əlaqələndirilir.

Yanvar–noyabr aylarında bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları Azərbaycanın ümumi ixracının 49,21 %-ni təşkil edib.

Qeyd edək ki, cari ilin 11 ayında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsində 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.