
BBN.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda xarici portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 947,4 mln. ABŞ dolları artmış, xalis maliyyə öhdəlikləri isə 24,9 mln. ABŞ dolları azalmışdır.
Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət sektorunun (19,3 mln. $), bankların (739,9 mln. $) və digər sektorların (206,9 mln. $) hesabına artmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların hesabına isə 18,7 mln. $ azalmışdır.
Xalis maliyyə öhdəlikləri isə əsasən kapitalda iştiraka təminat verən qiymətli kağızların (1,0 min $) və digər sektorların (6,0 mln. $) hesabına artmış, dövlət sektorunun (30,9 mln. $) hesabına isə azalmışdır.




