Home » Azərbaycanın xarici dövlət borcu azalıb – ÜDM-in 6,3%-i səviyyəsində

Azərbaycanın xarici dövlət borcu azalıb – ÜDM-in 6,3%-i səviyyəsində

by Zeyneb
0 comments 2 views 1 minutes read

2026-cı il 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcu 4 813,5 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ 2025-ci il üzrə 129 094,0 milyon manat (75 937,6 milyon ABŞ dolları) həcmində olan faktiki ÜDM-in 6,3%-nə bərabərdir.

Məlumata görə, xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 316,2 milyon ABŞ dolları və ya 6,2% azalıb.

2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsait istifadə olunub. Eyni zamanda, xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi borcun 49,8 milyon ABŞ dolları artmasına səbəb olub. Lakin 472,8 milyon ABŞ dolları həcmində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi ümumi borcun azalmasını təmin edib.

Bildirilib ki, 2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ötən ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.

Hesabat tarixinə borc portfelinin 49,5%-i dəyişkən faiz dərəcəsi ilə, 50,5%-i isə sabit faiz dərəcəsi ilə olan öhdəliklərdən ibarətdir.

Kreditor strukturuna gəldikdə isə, portfelin:

  • 35,4%-i Asiya İnkişaf Bankının,

  • 28,8%-i avrobondların,

  • 13,7%-i Dünya Bankının,

  • 22,1%-i isə digər kreditorların payına düşür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.