Home » “Azərbaycanın xarici siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda videokonfrans keçirilib

“Azərbaycanın xarici siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda videokonfrans keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyevin könüllülərlə “Azərbaycanın xarici siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda görüşü keçirilib. Videokonfrans formatında keçirilən görüşdə sədr Fərid Şəfiyev Azərbaycanın beynəlxalq müstəvidə apardığı uğurlu siyasətdən, Ermənistan-Azərbaycan münaqişəsi istiqamətində aparılan danışıqlar prosesinin son mərhələsindən, Azərbaycanın beynəlxalq diplomatiyasının uğurlarından, gündəmdə olan problemlərdən və həll edilməli olan məsələlərdən danışıb.

Könüllülər də öz növbəsində sədrlə mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.

Videokonfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri ilə yanaşı ASAN könüllüləri, DOST könüllüləri, Könüllü gömrükçülər, Miqrasiya könüllüləri, “Bir” Tələbə-Könüllüləri, Aqrar İnkişaf Könüllüləri, QİDA könüllüləri, Nəqliyyat könüllüləri də olmaqla müxtəlif könüllü təşkilatlarından 60-dan artıq gənc iştirak edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.