0

2023-cü il yanvarın 1-dən martın 1-dək AÇG yatağından 1 324 mln. ABŞ dolları, eyni dövrdə Şahdəniz yatağından (qaz və kondensat) isə 534,751 mln. ABŞ dollar gəlir əldə edilib. Dövlət Neft Fondu tərəfindən açıqlanan məlumata əsasən o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər müvafiq dövrdə 58,069 mln. ABŞ dollar olub.






