Home » “Azəriqaz” abonentlərinin sayını açıqlayıb

“Azəriqaz” abonentlərinin sayını açıqlayıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu il sentyabrın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 545 min abonenti olub.

BBN.az-ın məlumatına görə bunu qurumun Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün media və QHT nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, abonentlərin 2 milyon 513 mini əhali abonentləridir ki, onların da hamısı sayğacla təmin olunub: “O cümlədən, təbii qaz istehlakçılarının 9 027-si smart-kart tipli sayğacla təmin edilib. Abonentlərin 41 492-ü isə qeyri-əhali abonentləridir”.

“Azəriqaz” rəsmisi həmçinin qeyd edib ki, bu ilin yanvar-avqust aylarında İstehsalat Birliyi 42 min yeni qaz istehlakçısını qeydə alıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.