Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Azərişığ"ın xalis mənfəəti 4 dəfə azalıb - BBN

“Azərişığ”ın xalis mənfəəti 4 dəfə azalıb

“Azərişıq” ASC 2023-cü ili 14,728 milyon manat xalis mənfəətlə başa vurub.

BBN.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,8 dəfə azdır.

Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 619,371 milyon manat (əvvəlki ilə nisbətən 5,1 % çox), satışının maya dəyəri 1 milyard 379,874 milyon manat (4,6 % çox), paylama xərcləri 58,586 milyon manat (7,4 % çox), inzibati xərcləri 107,159 milyon manat (16,6 % çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 13,508 milyon manat (əvvəlki il gəlir olub), sair gəlirləri 67 min manat (19,65 % çox), sair xərcləri 3,15 milyon manat (51,3 % az), xalis maliyyə xərcləri 25,589 milyon manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16,844 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərişığ”ın aktivləri 3 milyard 237,913 milyon manat olub ki, bu da illik müqayisədə 11,05 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 10,3 % artaraq 768,033 milyon manata, balans kapitalı isə 11,3 % artaraq 2 milyard 469,88 milyon manata çatıb.

Related posts

KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək

Azərbaycanda bank şöbələrinin sayı 200-ə yaxınlaşdı

Bank sektorunda regional genişlənmə sürətlənir: filialların yarıdan çoxu bölgələrdədir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı