Home » “Azəristiliktəchizat” və istehlakçılar arasında bu günədək 20 mindən çox müqavilə imzalanıb

“Azəristiliktəchizat” və istehlakçılar arasında bu günədək 20 mindən çox müqavilə imzalanıb

by anar
0 comments 2 views 1 minutes read

“Azəristiliktəchizat” ASC istilik və isti su təchizatı xidmətlərindən istifadə edən əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanması prosesini davam etdirir.

ASC-dən bildirilib ki, müqavilələrin imzalanması üçün istehlakçı zəruri sənədləri – mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti cəmiyyətin əməkdaşlarına təqdim etməlidir. Müvafiq sənədlər əsasında “Azəristiliktəchizat” ASC və istehlakçılar arasında bu günədək 20 mindən çox müqavilə imzalanıb. Abonentlərə müqavilənin mahiyyəti və zəruriliyi barədə ətraflı məlumat verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı təqdirdə istilik və isti su təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir.

Əlavə məlumatlar üçün istehlakçılar “Azəristiliktəchizat” ASC-nin (012) 956 qısa nömrəli Qaynar Xətti ilə və cəmiyyətin rəsmi internet səhifəsi (azeristilik.gov.az) üzərindən əlaqə saxlaya bilərlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.