Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Novruz bayramı ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Qeyd edirik ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində növbətçi poçt şöbələri aşağıdakı rejimdə xidmət göstərəcək.
– Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00
– 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00
– 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00
– 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00
– 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00
– Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması – təmin ediləcək.