Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıb - BBN

“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıb

“Azərxalça” və “AZCHEMCO” şirkətləri milli mədəni dəyərin – xalçaların ölkə hüdudlarından kənarda təbliği sahəsində əməkdaşlığa başlayıblar.

BBN.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində “Azərxalça” şirkəti “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal edəcək. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırır.

5 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin əsas məqsədləri xalça istehsalı və ixracı zamanı Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və inkişafıdır. Sənətkarlığa olan bu sadiqlik xalçaçılığın yaradıcılıq prosesinə hörməti simvolizə edən və əl ilə toxunulmuş xalçaların əzəmətində, ruhlandırıcı poeziyasında və kulinariyamızın misilsiz şah əsərlərində təzahür edən “Əllərinizə sağlıq” ifadəsi ilə səsləşir.

“AZCHEMCO” MMC ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə əsaslanaraq dəstəklənməsi, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, ərzaq məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, ölkədə gübrələrin və bitki mühafizə vasitələrinin istehsalı, eləcə də onlardan düzgün istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması sahəsində layihələr həyata keçirir.

Şirkətlərin bu təşəbbüsü milli sərvət olan Azərbaycan xalçalarının populyarlaşdırılması məqsədi daşıyır.

Related posts

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı