Home » Azad edilmiş ərazilərdə insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib

Azad edilmiş ərazilərdə insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib

by khayale
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində peşə hazırlığı istiqaməti üzrə fəaliyyət göstərən özəl tədris müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

İşğaldan azad olunan ərazilərə köçürülən şəxslərin dayanıqlı məşğulluğunu təmin etmək və işəgötürənlərin tələblərinin qarşılanması üçün peşə hazırlığının təşkili imkanlarının müzakirə olunduğu görüşdə ilk olaraq Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı, bu istiqamətdə peşə kurslarının təşkili və ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biridir.

Ümumilikdə azad olunan ərazilərdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub.

Özəl tədris müəssisələrinin nümayəndələri də görülən işləri yüksək qiymətləndirərək azad olunan ərazilərdə işəgötürənlərin kadr ehtiyaclarının araşdırılacağını qeyd ediblər.

Daha sonra tədris müəssisələrinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.