Home » Azad edilmiş ərazilərdə sahibkarlara 58 milyon manata yaxın kredit ayrılıb

Azad edilmiş ərazilərdə sahibkarlara 58 milyon manata yaxın kredit ayrılıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

İndiyədək işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar “Böyük qayıdış” proqramı çərçivəsində 58 milyon manata yaxın güzəştli kreditlə təmin olunub.

Bu barədə Azərbaycan Biznesinin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov bildirib.

Onun sözlərinə görə, ayrılan vəsaitin təxminən 49 milyon manatı dövlət zəmanəti ilə təmin edilib. Azad edilmiş ərazilərdə indiyədək 45 layihə həyata keçirilib və gələcəkdə yeni layihələrə baxılması planlaşdırılır.

N.Zeynalov qeyd edib ki, bu bölgəyə sahibkarlar tərəfindən xüsusi maraq göstərilir:
“Sahibkarların aktivliyi müşahidə olunur və daxil olan müraciətlər bunu təsdiqləyir. Sözügedən ərazilərdə iqtisadiyyatda əsas dəyər yaradan və iqtisadi inkişaf üçün prioritet hesab olunan sahələrə güzəştli kreditlər təqdim olunur. Daha çox zəmanətli kreditlər verilib və sahibkarlar bank kreditlərinin 90%-dək hissəsi üzrə dövlət zəmanətindən yararlana bilirlər.”

Fondun növbəti il üzrə prioritetlərinə də toxunan müşavir bildirib ki, bu istiqamətlər hələ tam müəyyənləşdirilməyib:
“Hər il yeni sahələr aktuallaşır. Akvakultura və balıqçılığın inkişafı ayrıca prioritet kimi müəyyən edilib. Eyni zamanda yaradıcı sənaye də prioritet istiqamətlər sırasındadır. Bu, xüsusilə regionlarda yaradıcı sənaye ilə məşğul olmaq istəyən sahibkarların dəstəklənməsinə yönəlib. Artıq müraciətlər var və hesab edirik ki, növbəti illərdə bu sahəyə maraq daha da artacaq.”

Qeyd edək ki, Fond tərəfindən görülən bu tədbirlər azad edilmiş ərazilərdə iqtisadi aktivliyin artırılmasına və dayanıqlı biznes mühitinin formalaşdırılmasına xidmət edir.

Mənbə: APA.az

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.