Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı - BBN

AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.

Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.

Related posts

SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb

Neftin Ucuzlaşması Hindistan Ruvisinə Nəfəs Aldırır: Mərkəzi Bankın Dəstəyi Diqqət Mərkəzində!

Yen-in Dəyərsizləşməsi Bazar Gərginliyini Artırır: Yeni Müdaxilə Gözləntiləri!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı