Home » AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Poçt markasının təqdimat mərasimi bu gün Azərbaycan Milli Tarix Muzeyində keçirilib. Tədbir çərçivəsində markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib.

Bildirilib ki, poçt markasının dizaynında istifadə olunan sonsuzluq simvolu faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş ekipaj üzvlərinin qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.

Poçt markasının buraxılışı AZAL və “Azərpoçt” MMC-nin birgə təşəbbüsü ilə həyata keçirilib və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr olunub. Layihə faciə qurbanlarının əziz xatirəsinə ehtiramla yanaşı, ekstremal şəraitdə peşəkar və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş ekipaj üzvlərinin qəhrəmanlığını ön plana çıxarır.

Xatırladaq ki, AZAL-a məxsus Bakı–Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalı

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.