Home » AZAL İstanbul reyslərində endirimlər elan edib

AZAL İstanbul reyslərində endirimlər elan edib

by ulviyya
0 rəy 7 baxış 1 dəqiqə oxuma

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) populyar Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir. İndi sərnişinlər sərfəli qiymətlərlə Bakıdan İstanbula və əks istiqamətə səyahət etmək üçün əla fürsət əldə edirlər.

AZAL-dan BBN.az-a bildirilib ki, əlverişli qiymətlərlə aviabiletləri oktyabrın 10-dan 19-dək əldə etmək mümkündür. Həmin biletlərlə 1 noyabr 2023-cü ildən 30 mart 2024 -cü ilə qədər (bayram günləri istisna olmaqla) səyahət etmək mümkündür.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletləri 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə isə 226 dollardan başlayan qiymətlərlə əldə etmək olar.

Qeyd edək ki, xüsusi təklif çərçivəsində satılan aviabiletlərin sayı məhduddur, ona görə də bron etmək fürsətini qaçırmayın.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.