Home » AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə uçuşlara başlayır

AZAL Səudiyyə Ərəbistanının daha iki şəhərinə uçuşlara başlayır

by ulviyya
0 rəy 1 baxış 0 dəqiqə oxuma

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə BBN.az-a AZAL-dan bildirilib.

Məlumata görə, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə reyslər çərşənbə və şənbə günləri, Bakı-Dammam-Bakı marşrutu üzrə reyslər isə bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Hazırda AZAL Səudiyyə Ərəbistanının Ciddə və Mədinə şəhərlərinə də uçuşlar yerinə yetirir.

Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytından, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.