Home » “Azercell Telekom” “Bakı Marafonu-2023”ün eksklüziv tərəfdaşıdır

“Azercell Telekom” “Bakı Marafonu-2023”ün eksklüziv tərəfdaşıdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir!

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü, “Azercell Telecom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə ölkəmizin mühüm idman tədbirlərindən biri olan “Bakı Marafonu – 2023” keçiriləcək.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan bu marafon həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevəri bir araya gətirəcək.

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq.

“Azercell”in dəstəyilə keçirilən marafonda yarış nəticələrinin maksimal dəqiqliyini təmin etmək və qalibləri müəyyənləşdirmək üçün rəqəmsal xronometrdən (timekeeper) istifadə olunacaq. Bunun üçün marafonçuların nişan nömrələrinə xüsusi mikroçiplər yerləşdiriləcək və nəticələr dərhal qeydə alınacaq.

Yarışa qatılmaq üçün 18 yaşdan yuxarı şəxslər mayın 1-nə qədər “Gənclik Mall”, “28 Mall” və “Dəniz Mall”da quraşdırılmış xüsusi qeydiyyat məntəqələrinə, həmçinin www.marathon.az saytına müraciət edə bilərlər (ətraflı: www.marathon.az).

“Azercell Telecom” 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telecom”un rəhbər heyəti, şirkətin əməkdaşları, korporativ abunəçiləri də iştirak edəcək. “Azercell” hər kəsi “Bakı Marafonu”na qatılmağa dəvət edir, bütün iştirakçılara uğurlar arzu edir!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.