Home » “AzerGold” QSC 2023-cü ildə KSM sahəsində 2 mükafata layiq görülüb

“AzerGold” QSC 2023-cü ildə KSM sahəsində 2 mükafata layiq görülüb

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ildə korporativ sosial məsuliyyət (KSM) sahəsində fəaliyyətini uğurla davam etdirib.

Ötən ildə QSC tərəfindən təhsil, sağlamlıq, mikro sahibkarlıq, aqrar inkişaf, ekologiya, qadınların məşğulluğu, tarixi və mədəni irsə töhfə və digər istiqamətlər üzrə layihələr həyata keçirilib.

2023-cü ilin 11 aprel tarixində Heydər Əliyev Fondu ilə tərəfdaşlıq şəraitində Gəncə şəhərində regional Autizm Mərkəzinin rəsmi açılışı olub. Həmçinin ötən ilin aprel ayında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə birgə Daşkəsən rayonunda səyyar göz müayinəsi aksiyası keçirilib. Ötən ilin iyul ayında isə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Sağlamlıq Mərkəzi ilə birgə Daşkəsən rayonunda səyyar tibbi müayinə aksiyası təşkil edilib. Bundan başqa, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək”, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə birgə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” və digər layihələr uğurla icra edilib.

Ümumilikdə QSC-nin KSM sahəsində həyata keçirdiyi layihələr ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, ölkəmizdə autizm spektr pozuntulu uşaqların fərdi inkişafı istiqamətində 2022-ci ildən həyata keçirilən səmərəli fəaliyyətə görə “AzerGold” QSC-yə növbəti dəfə “Milli KSM Mükafatı” və ilk dəfə “Autizm dostu” mükafatı təqdim edilib.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.