Home » AzerGold” QSC-də “Yüksəliş” müsabiqəsi çərçivəsində növbəti mentorluq görüşü keçirilib

AzerGold” QSC-də “Yüksəliş” müsabiqəsi çərçivəsində növbəti mentorluq görüşü keçirilib

by Zeyneb
0 comments 1 views 0 minutes read

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Aslan Həsənli ilə növbəti görüş keçirib.

Görüş zamanı dövlət idarəetmə modelləri, qərarvermə proseslərinin təşkili, maraqlı tərəflərin gözləntiləri qarşılığında balanslaşdırılmış və effektiv iş mexanizmlərinin qurulması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.

Mentorluq Proqramı çərçivəsində Zakir İbrahimov dövlət qurumları, tərəfdaşlar, biznes subyektləri və beynəlxalq partnyorlarla səmərəli əməkdaşlıq təcrübələri barədə məlumat verib, eləcə də real iş təcrübəsindən nümunələr paylaşaraq idarəetmə bacarıqlarının inkişafı istiqamətində tövsiyələrini çatdırıb.

Görüş müzakirə mövzusu ətrafında sual-cavab formatında davam edib.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.