Home » “AzerGold” QSC və törəmə şirkətlərinin əməkdaşları könüllü qan veriblər

“AzerGold” QSC və törəmə şirkətlərinin əməkdaşları könüllü qan veriblər

by anar
0 comments 0 views 1 minutes read

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti qanvermə aksiyası təşkil edilib.

Cəmiyyət, eləcə də onun törəmə şirkətləri olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “AzerBlast” MMC-nun əməkdaşları könüllü olaraq aksiyada iştirak edərək, irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qan veriblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən əvvəlcə hər bir donorun sağlamlığı müvafiq tibbi müayinə ilə yoxlanılıb, daha sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı laboratoriya şəraitində yoxlanılaraq, talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, ötən illərdə də “AzerGold” QSC tərəfindən könüllü qanvermə aksiyaları təşkil edilib. Ənənəvi olaraq hər il keçirilən bu nəcib aksiyalar ilə Cəmiyyət və onun törəmə şirkətlərinin əməkdaşları müxtəlif qan xəstəlikləri olan insanların müalicəsinə öz dəstəklərini göstərməyə davam edirlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.