
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,85 % artaraq 72,78 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 72,04 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,2 ABŞ dolları və ya 1,74 % artaraq 70,13 ABŞ dolları olub.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Hazırkı qiymət büdcə proqnozunu üstələyir.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda bu markadan olan neft Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 31,65 % təşkil edir.





