Home » “Azeri Light” nefti bahalaşıb: qiymət 125 dolları ötüb

“Azeri Light” nefti bahalaşıb: qiymət 125 dolları ötüb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti artım nümayiş etdirib.

Hərracların nəticələrinə əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,59 ABŞ dolları və ya 3,8% artaraq 125,03 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, Brent crude oil markalı neftin iyun fyuçerslərinin qiyməti 131,97 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında isə “Azeri Light” neftinin qiyməti 4,99 ABŞ dolları və ya 4,3% artaraq 119,88 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb ki, bu da hazırkı qiymətlərdən xeyli aşağıdır.

Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Azərbaycanda bu neft Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda hasil edilir. Layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65% paya malikdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.