
Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 91.42 dollar təşkil edib. Gün ərzində Azərbaycan nefti 4.49 faiz bahalaşıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində götürülüb. Hazırda dünya bazarında formalaşan qiymət isə bu göstəricidən xeyli yüksəkdir.
Bu isə o deməkdir ki, neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması dövlət büdcəsinə əlavə gəlirlərin formalaşmasına müsbət təsir göstərə bilər.
Ekspertlərin fikrincə, qiymət artımına əsasən qlobal enerji bazarında geosiyasi risklərin artması və investorların enerji resurslarına marağının güclənməsi təsir edir.
Qeyd edək ki, “Azeri Light” Azərbaycanın ixrac etdiyi əsas neft markasıdır və onun qiymət dinamikası ölkənin enerji gəlirləri üçün əsas göstəricilərdən hesab olunur.




