Home » “Azexport” Azərbaycan məhsullarının Aİ ölkələrinə ixracını genişləndirir

“Azexport” Azərbaycan məhsullarının Aİ ölkələrinə ixracını genişləndirir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Almaniya Federativ Respublikasında idxalçı və istehsalçı şirkətlərlə görüşlər keçirib. Görüşlərdə iştirak edən portal rəhbəri Ayxan Qədəşov bildirib ki, səfərin məqsədi Avropa İttifaqı (Aİ) ölkələrində Azərbaycan istehsalı olan malların təmsilçiliyinin genişləndirilməsidir: “Bu məqsədlə biz Almaniyada yerləşən 20-dən artıq istehsalçı və idxalçı şirkət nümayəndəsi ilə görüş keçirərək istehsal prosesi ilə yerində tanış olduq. Əməliyyatlarla yerində tanışlıq Aİ ölkələri üçün mövcud qablaşdırma, etiketləmə, loqistika və sertifikatlaşdırma standartlarının daha yaxından öyrənilməsi üçün uğurlu təcrübə oldu. Bu standartların yaxından öyrənilməsi növbəti mərhələdə bizə Azərbaycandan Aİ ölkələrinə ixracın daha da genişləndirilməsi üçün əhəmiyyətli dəstək olacaq. Necə ki, biz bunu ötən il Amerika Birləşmiş Ştatalarına (ABŞ) ixracın genişləndirilməsində uğurla tətbiq etdik”.

Artıq görüşlərdə ilkin nəticələr və razılaşmalar əldə olunub. Belə ki, Almaniyada qənnadı məhsullarının istehsalı ilə yüksək keyfiyyət sinfində təmsil olunan “Felicitas Chocolatier” şirkətinin təsisçisi ilə Azərbaycan istehsalı fındıq məhsulunun təchizat zəncirinə əlavə olunması razılaşdırılıb. Bununla yanaşı, “Azexport” portalının rəhbəri ilə “Global Expert” şirkətinin təsisçisi Azərbaycan məhsullarının Aİ ölkələri ərazisinə ixracının genişləndirilməsində loqistika, gömrük və digər rəsmiləşdirmə işlərində birgə əməkdaşlığa dair razılığa gəliblər. Həmçinin “Grosmark Berlin” topdan satış şəbəkəsində  sahibkarlarla baş tutan görüşün nəticəsi olaraq Azərbaycan istehsalı konservləşdirilmiş və faraş formada meyvə-tərəvəz məhsullarının ixracına və bu şəbəkə vasitəsilə yerli bazarda paylanmasına dair qərar verilib.

A. Qədəşov qeyd edib ki, ötən il Amerika Birləşmiş Ştatlarına baş tutan bənzər səfərin nəticəsi olaraq Azərbaycandan qənnadı məhsulları, konservləşdirilmiş qidalar, meyvə şirələri və digər qida məhsullarının ABŞ-nin 20-dən artıq ştatına ixracına dair razılıq əldə olunaraq Azərbaycan məhsullarının bu ölkədə daha geniş təmsil olunması reallaşdırılıb. Portal tərəfindən bu təcrübənin Aİ ölkələri üçün də tətbiqi nəzərdə tutulur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.