Home » Azexport beynəlxalq konfransda təqdim olunub

Azexport beynəlxalq konfransda təqdim olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan Azexport.az internet portalı “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” adlı beynəlxalq konfransda iştirakçılara təqdim olunub.

Tədbirdə Azexport.az internet portalının rəhbəri Ayxan Qədəşov “Azexport.az: Beynəlxalq təchizat zənciri üçün transsərhəd e-ticarət platforması” adlı təqdimatla çıxış edib. Bildirilib ki, ixrac zamanı kağız sənəd dövriyyəsinin minimuma endirilməsi və əməliyyatların tam rəqəmsallaşması qarşıya qoyulan əsas hədəflərdəndir. Bu məqsədlə portal Beynəlxalq Ticarət Mərkəzi, Ümumdünya Ticarət Təşkilatı, Avropa Birliyi kimi qurumlar tərəfindən həyata keçirilən layihələrdə yaxından iştirak edir. Layihə çərçivəsində Azərbaycan və Almaniya arasında təchizatçı və istehlakçı ölkələrin poçt orqanlarının avtomatik məlumatlandırılmasına dair pilot layihə icra olunub. Sonda tədbir iştirakçılarına Rəqəmsal Ticarət Qovşağının e-rezidentlik və m-rezidentlik imkanlarından istifadə etməklə sərhəd keçmədən Azərbaycanda hüquqi şəxsin təsis və idarə olunması imkanı barədə məlumat verilib.

Qeyd edək ki, “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və istismar problemləri” tədbirində Türkiyə, Xorvatiya, Qazaxıstan, Fransa, Polşa, Amerika, Ukrayna, Rusiya kimi ölkələrdən 50-dən artıq şəxs onlayn və fiziki olaraq iştirak edib. Tədbir ərəfəsində gömrük, elektron ticarət və logistika sahəsində təcrübə mübadiləsi həyata keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.