Home » “Azexport” portalı “Gazelli Group” məhsullarına sərbəst satış sertifikatı verib

“Azexport” portalı “Gazelli Group” məhsullarına sərbəst satış sertifikatı verib

by anar
0 comments 3 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı tərəfindən növbəti sərbəst satış sertifikatları təqdim olunub. Sertifikatlar Azərbaycanda “Gazelli Group” şirkəti tərəfindən istehsal edilən şampun, duş geli, maye sabun və digər məhsullar daxil olmaqla, ümumilikdə 16 çeşiddə kosmetik vasitənin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracı üçün nəzərdə tutulub.

Qeyd edək ki, sərbəst satış sertifikatı Prezidentin 12 sentyabr 2017-ci il tarixli  Fərmanına əsasən “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2023-cü il iyul ayına kimi 652 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.