Home » “Azexport” portalı Özbəkistanda təqdim edilib

“Azexport” portalı Özbəkistanda təqdim edilib

by anar
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Özbəkistana səfər edib. O, Azərbaycan nümayəndə heyəti ilə birlikdə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar nazirinin müavini Sərvərxan Buzrukxanovla görüşüb.

Görüşdə iki ölkə liderlərinin yüksək səviyyəli səfərləri nəticəsində ali təhsil sahəsində qarşılıqlı əlaqələrin növbəti mərhələyə qədəm qoyduğu vurğulanıb, uzunmüddətli sosial-iqtisadi əməkdaşlığın perspektivləri və prioritetlərinin öyrənilməsi və təhlili məsələləri, dövlətlərarası elmi ekspertlər şurasının formalaşdırılması müzakirə edilib.

Ayxan Qədəşov həmçinin Özbəkistanın Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşüb. O, “Azexport.az” portalı tərəfindən yaradılan Azərbaycanın və regionun ilk virtual sərgi və konfrans məkanı barədə təqdimatla çıxış edib, layihənin icrası və platformanın iş prosesi ilə bağlı məlumat verib. Görüşdə portalın elektron sərgi salonuna Özbəkistan istehsalçılarının məhsullarının əlavə edilməsi və elektron stendin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlar nəticəsində müştərək müəssisələrin yaradılması, iki qurum arasında əməkdaşlığın artırılması ilə bağlı razılıq əldə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.