Home » “Azexport” portalı “Payoneer”-lə daha sıx əməkdaşlıq edəcək

“Azexport” portalı “Payoneer”-lə daha sıx əməkdaşlıq edəcək

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı ölkədə elektron ticarətin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı dərinləşdirir. Bu məqsədlə son aylarda portal və “Payoneer” beynəlxalq ödəniş sistemi arasında görüşlər keçirilib, sahə üzrə mövcud çətinliklərin həlli istiqamətində müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq “Payoneer” tərəfindən Azərbaycan üzrə menecer təyin olunub. “Payoneer” və Azexport portalının birgə əməkdaşlığı ilə sahə üzrə mövcud problemlərin həlli üzrə konkret addımların atılması nəzərdə tutulub. Bura qeydiyyat prosedurlarının ölkə standartlarına uyğunlaşdırılması, təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi və digər texniki məsələlərin həlli daxildir.

Qeyd edək ki, bundan əvvəl “Payoneer” rəqəmsal ödəniş platformasında qeydiyyat və digər mərəhələlərdə çətinlik yaşayan istifadəçilər dəstək üçün Azexport portalı vasitəsilə təşkilata müraciət edə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.