Home » “Azexport” portalı tərəfindən növbəti sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim olunub

“Azexport” portalı tərəfindən növbəti sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim olunub

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu azexport.az portalı tərəfindən növbəti sərbəst satış sertifikatı (Certificate of Free Sale) təqdim olunub.

Sertifikat Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsulunun Gürcüstan Respublikasına ixracı üçün nəzərdə tutulub. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, qeyd olunan məhsullar sertifikatın olmaması səbəbi ilə digər ölkələrdən alınırdı. “Azexport” portalı tərəfindən sərbəst satış sertifikatının təqdimatından sonra bu məhsullar Azərbaycandan alınacaq. Bununla yanaşı, istehsalçı şirkət bənzər kateqoriyadan olan məhsullar üçün də sertifikat alaraq ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2023-cü il iyul ayına kimi 653 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az  portalı vasitəsilə müraciət edə bilərlər.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.