Home » “Azexport” portalı və “Tradexter Global” Azərbaycan mallarını Türkiyə bazarlarına çıxarır

“Azexport” portalı və “Tradexter Global” Azərbaycan mallarını Türkiyə bazarlarına çıxarır

by anar
0 comment 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun Türkiyənin İstanbul şəhərinə səfəri çərçivəsində mərkəzi ofisi Türkiyədə yerləşən “Tradexter Global” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında birgə əməkdaşlıq edəcəklər.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Türkiyə bazarı Azərbaycan məhsullarının diversifikasiyası üçün ciddi əhəmiyyətə malikdir: “İl ərzində Türkiyəyə 55 milyondan artıq xarici turist səfər edir. Belə böyük ziyarətçi kütləsi olan bazarda daha geniş şəkildə təmsil olunmaq ciddi əhəmiyyət kəsb edir. Bu ziyarətçilər arasında Azərbaycan mallarının potensial müştəriləri olan iri beynəlxalq topdansatış şəbəkələri nümayəndələri, həmçinin yeni məhsul axtarışında olan iş adamları da mövcuddur. Bu baxımdan, Azərbaycan məhsullarının Türkiyədə daha geniş təmsil olunması Türk Dövlətləri arasında ticarət əlaqələrinin daha da artması ilə yanaşı, həm də məhsullarımızın beynəlxalq səviyyədə tanınmasında ciddi əhəmiyyətə malikdir.”

“Tradexter Global” şirkətinin baş icraçı direktoru Güclü İlalmak isə əlavə edib ki, Azərbaycan istehsalı olan məhsullar Türkiyə bazarı üçün maraqlıdır: “Biz eyni tarixi köklərə, adət ənənələrə bağlı, eyni coğrafiyadan olan insanlarıq. Bu bizim ağız dadımızın, qida seçimlərimizin bənzərliyi ilə də tamamlanır. Şirkətimiz Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında yerli şirkətlərlə yaxından işləyəcək. Bu proses tək fiziki mağazalar yox, həm də e-ticarət şəbəkələri üzərindən də həyata keçiriləcək. Biz artıq Azexport platformasında mövcud Azərbaycan məhsullarının kataloqları ilə tanış olmuşuq. Hazırda məhsulların seçilməsi və şirkətlərlə görüşlərin keçirilməsi istiqamətində işlər davam etdirilir. Əməkdaşlığımızın uğurlu olacağına inanırıq.”

Qeyd edək ki, Türkiyə bazarında yerləşən e-ticarət platformaları və market şəbəkələrində təmsil olunmaq istəyən sahibkarlar Azexport portalı vasitəsilə müraciət edə bilərlər. Portal tərəfindən göstərilən xidmətlərə görə faiz və ya komissiya nəzərdə tutulmayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.