İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Naxçıvan Dövlət Universitetində təlim keçib. NDU-nun İqtisadiyyat və idaretmə fakültəsində təşkil olunan təlimin mövzusu “Beynəlxalq elektron ticarət” olub.
Ayxan Qədəşov tələbələrə “Amazon”, “Ebay” “Alibaba” və digər elektron ticarət platformaları vasitəsilə xarici bazarlara çıxış və özünüməşğulluq imkanları barədə məlumat verib. O, həmçinin, “Azexport” portalının rəqəmsal ticarət sahəsində yerli sahibkarlar üçün yaratdığı imkanlardan danışıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.