Home » “Azexport”un rəhbərinin Pekin şəhərində “Alibaba Group” rəsmiləri ilə görüşü baş tutub

“Azexport”un rəhbərinin Pekin şəhərində “Alibaba Group” rəsmiləri ilə görüşü baş tutub

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Çinə səfəri çərçivəsində “Alibaba Group”un department rəhbərləri ilə görüşüb. Müzakirə Çinin Pekin şəhərində “Alibaba Group”un baş ofisində dövlət qurumları ilə iş departamentinin rəhbəri He Chenqi və “Alibaba Cloud” departamentinin bulud həlləri üzrə mühəndisi Lu Yangla aparılıb.

Portal rəhbəri Azərbaycanda rəqəmsal transformasiya və bulud texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə danışıb. O, biznesler üçün yaradılan mühitin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. A. Qədəşov “Azexport” portalının “Alibaba” elektron ticarət platforması ilə əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, daxil olan ixrac sifarişlərinin həcmində və sayında “Alibaba” elektron ticarət platformasının öndə olmasını qeyd edib.

“Alibaba Group”un departament rəhbəri He Chenqi Azərbaycanın müxtəlif səviyyəli beynəlxalq tranzit yollarının üzərində yerləşməsi və əlverişli biznəs mühitinin mövcudluğunun regional əməkdaşlıq üçün önəmli faktor olduğunu qeyd edib.

Görüş birgə layihələrin müzakirəsi ilə davam edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.