Home » “AzFina”: “Fintex Kataloqu” yaxın vaxtlarda təqdim ediləcək

“AzFina”: “Fintex Kataloqu” yaxın vaxtlarda təqdim ediləcək

by yunus
0 comments 0 views 1 minutes read

Yaxın vaxtlarda Azərbaycanda “FinTex Kataloqu” təqdim ediləcək.

BBN.az xəbər verir ki, bunu “Azərbaycan Fintex Assosiasiyası” (“AzFina”) İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə ölkəmizin maliyyə texnologiyaları ekosistemində strateji əhəmiyyət daşıyan növbəti mərhələyə start verib: “Qarşıdakı bir neçə ay ərzində aparılacaq intensiv və sistemli işlərin nəticəsi olaraq “FinTex Kataloqu”nun təqdimatını edəcəyik. Bu kataloq yalnız assosiasiya üzvlərini deyil, eyni zamanda ölkədəki bütün lisenziyalaşdırılmış ödəniş və elektron pul təşkilatlarını, həmçinin maliyyə texnologiyaları sahəsində xidmət göstərən və qanunvericiliyə uyğun olaraq lisenziya tələb olunmadan proqram təminatı həlləri təqdim edən qurumları da əhatə edəcək”.

“Bu təşəbbüs nəticəsində ölkəmizin rəqəmsal ekosisteminin institusional inkişafı daha da sürətlənəcək, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühit möhkəmlənəcək, beynəlxalq tərəfdaşlıqlar genişlənəcək və qabaqcıl xarici təcrübələrin öyrənilməsi və tətbiqi prosesi daha sistemli və effektiv şəkildə həyata keçiriləcək”, – deyə sədr əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.