Home » “AzInTelecom” Dubayda keçirilən və dünya texnologiya nəhənglərinin toplaşdığı sərgidə təmsil olunur

“AzInTelecom” Dubayda keçirilən və dünya texnologiya nəhənglərinin toplaşdığı sərgidə təmsil olunur

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“AzInTelecom” MMC-nin rəhbəri Elxan Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Dubayda keçirilən və dünya texnologiya nəhənglərinin toplaşdığı “GITEX Global 2023” sərgisində iştirak edir.

MMC-dən BBN.az-a bildirilib ki, sərgi çərçivəsində şirkətin əməkdaşları süni intellekt, informasiya texnologiyaları və bulud həlləri sahəsində nümayiş olunan ən son texnoloji yeniliklərlə tanış olub.

Daha sonra “AzInTelecom” əməkdaşları G-42 holdinq və MORO şirkətinin Data mərkəzləri ilə yaxından tanış olublar.

Sahənin qlobal lideri sayılan G-42 holdinqə daxil olan “Khazna” şirkətinin təmsilçiləri ilə nümayəndə heyəti arasında görüş keçirilib, əməkdaşlıq müzakirələri aparılıb.

Dünyanın texnoloji güc mərkəzlərini, investorları, texnologiya liderlərini və innovativ həllər təqdim edən qurumları bir araya toplayan “GITEX Global 2023” sərgisi oktyabrın 20-dək davam edəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.