Home » “AzInTelecom”dan şəhid övladlarına dəstək

“AzInTelecom”dan şəhid övladlarına dəstək

by yunus
0 comments 1 views 0 minutes read

Yeni tədris ili öncəsi “AzInTelecom”un dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında “Məktəbli ləvazimatları” layihəsi həyata keçirilib.

BBN.az xəbər verir ki, layihə çərçivəsində 1500-ə yaxın şəhid övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib. Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos, stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.

“AzInTelecom” üçün gənc nəslin təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət daha əvvəl “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “Hədiyyə karvanı” layihəsinə də dəstək göstərib. “AzInTelecom” hər zaman bu istiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyan edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.