Home » AZPROMO Almaniyada keçirilən tədbirdə iştirak edib

AZPROMO Almaniyada keçirilən tədbirdə iştirak edib

by anar
0 comments 1 views 1 minutes read

Tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının təşviqi barədə fikir mübadiləsi aparılıb.

Almaniya Federativ Respublikasının Münhen şəhərində Azərbaycanın Almaniyadakı Səfirliyinin və Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə “Yeni üfüqlərin tədqiqi: Alman şirkətləri üçün Azərbaycanda investisiya və əməkdaşlıq” mövzusunda Alman–Azərbaycan İqtisadi Forumu keçirilib. Forum çərçivəsində “Əməkdaşlığın təşviqi: Alman–Azərbaycan biznes tərəfdaşlıqları üçün stimullar” mövzusunda təşkil olunan paneldə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iştirak edib.

Panel müzakirəsi zamanı Yusif Abdullayev iki ölkə arasında biznes dairələrinin əməkdaşlığının daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanda yaradılmış əlverişli biznes mühiti barədə ətraflı məlumat verib. Həmçinin sessiya zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, sessiyada həmçinin Ələt Azad İqtisadi Zonasının (AFEZ) Səlahiyyətli Qurumu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.