Home » AZPROMO və DEİK arasında görüş keçirilib

AZPROMO və DEİK arasında görüş keçirilib

by anar
0 comments 2 views 1 minutes read

Görüşdə iki ölkənin işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi kimi məsələləri müzakirə olunub.

Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçirib.

Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev və DEİK-in Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Kamal Koloğlu ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, bu istiqamətində görülən işlər, birgə tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələləri müzakirə ediblər. Belə ki, tərəflər arasında bu ilin dekabr ayında Bakıda Azərbaycan-Türkiyə İnvestisiya və Maliyyə Forumunun, 2024-cü ildə AZPROMO tərəfindən Türkiyəyə ixrac missiyasının, həmçinin “Investment Roadshow” tədbirlərinin Türkiyədə təşkili, eləcə də gələcəkdə Azərbaycan-Türkiyə regionlararası forumunun keçirilməsi imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.