Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azranking.az: "Əmtəə bazarının səmərəliliyi" üzrə işçi qrupunun növbəti iclası keçirilib - BBN

Azranking.az: “Əmtəə bazarının səmərəliliyi” üzrə işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmtəə bazarının səmərəliliyi və rəqabət” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

İclasda “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planı” üzrə görülmüş işlər, Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi, eyni zamanda “Dövlət satınalmaları haqqında” yeni qanun və Rəqabət Məcəlləsi və onların tətbiqi məsələləri müzakirə edilib.

İşçi Qrupunun iclasında cari il üçün prioritet sahələrin icrasından irəli gələn məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb.

Özəl sektorun nümayəndələri ilə qarşılıqlı müzakirələr formatında keçən iclasda İqtisadiyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Şirkətinin və digər təşkilatların nümayəndələri iştirak edib.

Sonda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının vaxtında və səmərəli təmin edilməsi məqsədilə görüşlərin daha sıx təşkili barədə qərar qəbul edilib.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı